İki cüdoçumuz Avropa çempionatı ilə erkən vidalaşdı

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda davam edən Avropa çempionatında mübarizəyə qoşulub.

QİA.AZ-ın məlumatına görə, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və Murad Fətiyev qüvvəsini sınayıb.

1/16 finalda almaniyalı Niklas Blöxl üzərində qələbə qazanan Heydərov növbəti raundda Belçika təmsilçisi Matias Kasseyə qızıl xal bölümündə uduzaraq, yarışla vidalaşıb.

Fətiyev də mübarizəyə 1/16 finaldan başlayıb. İlk görüşdə türkiyəli Vedat Albayraka ipponla məğlub olan cüdoçu çıxışlarını erkən başa vurub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Oxşar Xəbərlər