Türkiyədə son sutkada 55 802 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.
“QİA.az”-ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Gündəlik statistikaya əsasən, son 24 saatda 318 nəfər COVID-19-dan dünyasını dəyişib.
Hazırda ölkə üzrə bu infeksiyadan ölənlərin ümumi sayı 35 926 nəfərdir, 3 275 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Türkiyədə indiyədək 4 268 447 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 687 590-ı müalicə olunaraq sağalıb.