Tramp Baydeni dəstəkləyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Cozef Baydenin amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması barədə qərarını dəstəkləyib.

“QİA.az” “Hurriyet”ə istinadən xəbər verir ki, D.Tramp məsələ ilə bağlı yazılı açıqlama yayıb.

“Əfqanıstandan çıxmaq xarüqə və müsbət bir işdir. Mən çıxmağı mayın 1-nə planlaşdırmışdım. Bu prosesin həmin tarixə yaxın olmasına çalışmalıyıq”, – Ağ evin sabiq sahibi vurğulayıb.

O deyib ki, sentyabrın 11-i ABŞ-da matəm günü olduğuna görə bu tarixin belə qalması vacibdir: “Sentyabrın 11-i düşünmək günü və itirdiklərimizin böyük ruhu şərəfinin yad edilməsi günü olaraq qalmalıdır”.

Qeyd edək ki, D.Trampın 2020-ci ilin fevralında “Taliban” hərəkatı ilə əldə etdiyi razılaşmaya əsasən, qoşunların Əfqanıstandan çıxarılması prosesinin 2021-ci ilin mayın 1-də başlaması nəzərdə tutulmuşdu.

ABŞ-ın hazırkı prezidenti Cozef Bayden bu ilin yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayandan sonra qoşunlarının çıxarılması prosesinin mayın 1-də başlayıb, 2021-ci il sentyabrın 11-də başa çatacağını bildirmişdi.

ABŞ Konqresində Demokratlar Partiyasının nümayəndələri C.Baydenin qoşunların çıxarılması prosesinə dəstək verdiyi halda Respublikaçılar Partiyasının təmsilçilərinin çoxu bu qərar qarşı çıxıb. Onlar bildirib ki, ABŞ Əfqanıstanı boşluğa buraxıb və orada terror ünsürləri yenidən çoxalacaq.

Qeyd edək ki, hazırda ABŞ-ın Əfqanıstanda 2 min 500-dək hərbçisi var.

Oxşar Xəbərlər