“Bütün fikrimiz Ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbər dünən cənab Ali Baş Komandamız tərəfindən verildi”.
“QİA.AZ”ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, hər zaman komandasına hansı şəhəri təmsil etdiklərini, hansı adı daşıdıqlarının məsuliyyətini izah edib: “İndidən sonra bu işğal haqqında yox, bu zəfərdən danışacağam. Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu. İnanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm. Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun, Azərbaycan!”