Azərbaycanın İspaniyaya yeni səfiri təyin edilib

Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“QİA.az”ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Həsənov 1961-ci ildə avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990- cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.1990-1992-ci illərdə Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib.1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb.1997-2004-cu illərdə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub.2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə isə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.2018-ci ilin mayından 2021-ci il aprelin 19-dək xarici işlər nazirinin müavini olub. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Oxşar Xəbərlər