KİV: Avropa Super Liqası ləğv olundu

Apr20,2021

Səs-küylü Avropa Super Liqası layihəsi ləğv olunub.

QİA.AZ-ın “Anfield Talk”a istinadən məlumatına görə, top-klublar arasında yeni yarışın keçirilmə ideyası baş tutmayıb.

Daha əvvəl İngiltərənin “Çelsi”, “Mançester Yunayted”, “Liverpul” və “Arsenal” klublarının bu turniri tərk etmək üçün sənədlər hazırladıqlarına dair xəbərlər yayılıb. Sonradan İspaniyanın “Atletiko” və “Barselona” komandalarının da Superliqa iştirakçılarından ayrıldığı bildirilib.

Qeyd edək ki, Avropa Super Liqası özündə qitənin 20 ən yaxşı klubundan ibarət vahid liqanın yaradılmasını nəzərdə tutur. Superliqada iştiraklarını 12 klub təsdiqləyib. Eyni postu İspaniya “Real Madrid”ində tutan Florentino Peres Superliqanın prezidenti seçilib.

Oxşar Xəbərlər