Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş müsabiqəyə start verilib

Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş müsabiqəyə start verilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, müsabiqə 2 turdan ibarət olmaqla 30 aprel 2021-ci il tarixinə qədər yerlərdə, 5 may tarixində isə Ağstafa şəhər Uşaq Musiqi məktəbində keçiriləçək.

Mədəniyyət İdarəsinin tabeliçiyində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərinin iştirak edəcəyi müsabiqədə fortepiano, vokal, tar, qarmon, kamança, saz, nağara, muğam nominasiyaları üzrə iştirakçılar qabiliyyətlərini nümayiş etdirəcəklər.

Qaliblər Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif ediləcək və 7 may tarixində müsabiqənin qaliblərinin konserti təşkil ediləcək. 

Oxşar Xəbərlər