Misir Turizm və Antikalar Nazirliyi Rusiya Federasiyası şəhərləri ilə ölkəsinin kurortları arasında hava əlaqələrinin bərpası qərarını alqışlayıb.
QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qurumun rəsmi nümayəndəsi Soha Baxqat bildirib.
Məlumatda deyilir: “Rusiya ilə Misir kurortları arasında çarter uçuşlarını bərpa etmək qərarını alqışlayırıq və ilk rus turist heyətinin gəlişini gözləyirik”.
Qeyd edilir ki, Rusiyalı turistlər 2015-ci ildən Misirə gələn turist axını həcminin 25-30 faizini təşkil edir.