Türkiyədə Hakkari-Van avtomobil yolunun 15-ci km-liyində hərbi avtomobilin aşması nəticəsində 3 hərbçi yaralanıb.
“QİA.az” xəbər verir ki, məlumatı “CNN Turk” yayıb.
Bildirilib ki, hadisə Hakkari-Van avtomobil yolunun 15-ci km-liyində Aslankaya tuneli yaxınlığında baş verib.
Məlumata görə, hərbçiləri daşıyan avtomobilin sürücüsü yağışdan sonra sürüşkən yolda idarəetməni itirib. Nəticədə avtomobil aşıb.