Xocavənddə işğaldan azad olunmuş ərazilərə qanunsuz keçən şəxslər saxlanılıb

Xocavənddə işğaldan azad olunmuş ərazilərə qanunsuz keçən şəxslər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan QİA.AZ-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə qanunsuz daxil olan 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və 10 sutka inzibati qaydada həbs edilib.

Oxşar Xəbərlər