Putin və Makron Qarabağı müzakirə ediblər

Apr26,2021

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə QİA.AZ Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Qarabağı, Ukraynanı və Çexiya ilə yaşanan diplomatik qalmaqalı müzakirə ediblər.

Tərəflər arasında Qarabağdakı vəziyyətin sabit qalması, Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnunluq qeyd olunub.

Oxşar Xəbərlər