Türkiyə millisinin və Fransanın “Lill” klubunun futbolçusu Burak Yılmaz karyerasını ABŞ-da davam etdirə bilər.
“QİA.az” “NTV Spor”a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə İngiltərə yığmasının keçmiş üzvü Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubu maraqlanır.
Bundan əlavə, MLS təmsilçilərindən “Nyu-York Siti” də Yılmazı heyətinə qatmağı planlaşdırır. Hər iki klubun “Lill”ə rəsmi təklif göndərəcəyi gözlənilir. Bu transferdə təcrübəli oyunçunun qərarı önəmli rol oynayacaq.
Qeyd edək ki, Burak Yılmaz cari mövsüm “Lill”in heyətində 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.