2020-ci ildə dünyada kütləvi informasiya vasitələri (KİV) sənayesinin gəlirləri 112,4 milyard dollara çatıb.
QİA.AZ-ın məlumatına görə, bu barədə Ümumdünya Qəzet və Xəbər Yayımçıları Assosiasiyasının (WAN-IFRA) hesabatında deyilir.
Qeyd olunur ki, xəbər yayımçılarının gəlirləri illik müqayisədə 11 faiz azalıb.
Çap reklam sahəsi daha çox ziyan çəkib. Bu sahədə gəlirlər 19,5 faiz azalıb. Çap nəşrlərinin gəlirləri 13 faiz azalma göstərib. Eyni zamanda, KİV-lərin 17 faizi 2020-ci ildə gəlirlərinin artdığını bildirib. Rəqəmsal mətbuatın auditoriyası 36 faiz artıb.
WAN-IFRA-nın hesabatında qeyd olunur ki, ötən il KİV-lər işçi ştatın 4,4 fazi azaldıb.