Paşinyan Ermənistanda vaksinasiyanın sürətindən razı deyil

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan koronavirus əleyhinə peyvənd olunmuş vətəndaşların sayının utancverici dərəcədə az olduğunu bildirib və hökumət üzvlərinə bir həftə ərzində peyvənd olunmaq göstərişini verib.

“QİA.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazır.

“Gəlin özümüzdən başlayaq. Gəlin zaldakıların hamısının bir həftə içində koronavirusa qarşı peyvənd olunacağına razılaşaq”, – Paşinyan deyib.

O, ölkə üzrə yalnız 2 690 nəfərin vaksinasiya olunduğunu bildirib.

“Peyvənd olunmuş vətəndaşların göstəricisi ölkənin bütün mənalarda keyfiyyətinin göstəricisidir: iqtisadiyyat, sivilizasiya, siyasət baxımından”, – N.Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxma hallarının ümumi sayı 215 528-ə yüksəlib. Ümumilikdə 4 087 nəfər koronavirusun fəsadlarından ölüb.

Oxşar Xəbərlər