“Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları tamamilə ikiüzlülükdür”.
“QİA.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, bunun ən son nümunəsini ABŞ göstərib: “1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu şəhid edən erməni terrorçu Hampinq Sasunyan ötən ay sərbəst buraxılıb. Buna göz yumuldu. Amma biz əziz şəhidlərimizin xatirəsini daim yaşadacağıq”.