ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başlayıb, bölgəyə ehtiyat tədbiri olaraq əlavə qüvvələr və vasitələr göndərilib.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer deyib.
Jan-Pyer bildirib: “Qoşunların çıxarılması prosesi başlayıb. Ötən həftə Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ qoşunlarının Əfqanıstandan təhlükəsiz çıxarılmasını təmin etmək üçün Hərbi Qüvvələrin Mərkəzi Komandanlığının müvəqqəti olaraq əlavə vasitələrin (Əfqanıstanda – red.) yerləşdirilməsi tələbini təsdiqləyib”.
Onun sözlərinə görə, “B-52H Stratofortress” strateji bombardmançı təyyarələri ABŞ və koalisiya qüvvələrini qorumaq üçün Mərkəzi Komandanlığın məsuliyyət bölgəsində yerləşdirilib: “ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə aviadaşıyıcısı “Dwight Eisenhower” hazırkı missiyasını davam etdirəcək və missiyanı iyul ayında tamamlamağı planlaşdırır”.