Türkiyə Prezidenti: “Mən Cənubi Kiprə etibar etmirəm”

“Mən Cənubi Kiprə etibar etmirəm, inanmıram”.

“QİA.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Onlar heç bir zaman doğru-dürüst davranmadılar, doğru danışmadılar. İndi də danışıqları üç ay təxirə saldılar. Mən yeni bir nəticə alınacağını ehtimal etmirəm. Çünki dürüst deyillər. Onlar keçirdiyimiz görüşdə də yalan söylədilər, aldatdılar. Bunun nəticəsində keçirilən referenduma da hörmət etmədilər. Şimali Kiprdə 65 faiz lehinə olduğu halda, cənubda o qədər əleyhinə səs verdi. Bunlar yalançıdırlar. İndi yenə eyni işi görürlər. Doğru-dürüst davranmadıqları müddətcə bunlarla anlaşma əldə etmək mümkün deyil”, – o deyib

Oxşar Xəbərlər