Gürcüstanın Baş naziri Giorgi Qaxariya koronavirusdan müalicə olunaraq sağalıb.
“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, G.Qaxariayanın PCR testi neqativ nəticələnib və o, adi iş rejiminə qayıdıb.
Xatırladaq ki, Baş nazirdə COVID-19 noyabrın 2-də aşkar olunmuşdu.