ABŞ Gürcüstana maliyyə yardımını artırıb

Noy11,2020
ABŞ Gürcüstana maliyyə yardımını artırıb

“Son 4 ildə ABŞ-ın Gürcüstana maliyyə yardımı 50 milyon dollar artıb”.

“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, ABŞ-ın 2020-2021-ci illər üzrə büdcə layihəsində Gürcüstana 132 milyon dollar həcmində maliyyə yardımının ayrılması nəzərdə tutulub.

XİN başçısı həmin sənəddə Gürcüstanın ərazi bütövlüyünə dəstəyin də ifadə olunduğunu qeyd edib:

“Qanun layihəsi Gürcüstanın ABŞ-ın xarici siyasətinin gündəliyində vacib istiqamətlərdən biri olduğunu təsdiq edir”.

Oxşar Xəbərlər