Ermənistanda son sutkada koronavirusa 267 yoluxma qeydə alınıb.
“QİA.az” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 216 863-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 11 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 139 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 199 755 nəfər sağalıb. Hazırda 11 945 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.