Kürdəmirdə yol polisi piyadalara qarşı reyd keçirib

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tədbirlər planına uyğun olaraq, rayon ərazisində “Piyadalar, diqqətli olun” şərti adı altında reyd keçirib.

“QİA.az” xəbər verir ki, havaların isinməsi ilə əlaqədar, eləcə də aprel-may aylarında piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunduğunu nəzərə alaraq, Kürdəmir RPŞ-in DYPB-nin əməkdaşları rayon ərazisində piyadalarla profilaktik tədbirləri daha da gücləndirib. Reyd zamanı polis piyada keçidindən düzgün istifadə etməyən piyadalarla marifləndirici söhbətlər aparıb və onlara yol hərəkəti qaydalarına düzgün riayət etmələri tövsiyə olunub.

Bundan başqa, reyd zamanı 10 nəfər piyada haqqında inzibati protokol tətbiq olunub. Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları piyadalara müraciət edərək, bir daha yol hərəkəti qaydalarına riayət etməyi və qəzalardan uzaq olmağı tövsiyə edir.

Oxşar Xəbərlər