Münaqişə zamanı evakuasiya olunan Qırğızıstan sakinləri evlərinə qayıtmağa başlayıb

Tacikistanla sərhəddəki silahlı qarşıdurma səbəbi ilə boşaldılan Batken bölgəsinin Qırğız kəndlərinin sakinləri evlərinə dönməyə başlayıblar.

“QİA.az” TASS-a istinadla bildirir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, sərhəddəki məlum qarşıdurmalar zamanı 33,3 min Qırğızıstan vətəndaşı evakuasiya olunub.

Sərhəd departamentindən eyni zamanda bildirilib ki, Qırğızıstan və Tacikistan tərəfi problemin həlli üçün birlikdə çalışmağa davam edir.

Oxşar Xəbərlər