Əfqanıstanda “taliban”çıların polisə hücumu zamanı bir neçə nəfər öldürülüb

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın cənubundakı Zabul əyalətində polis bölməsinə hücum ediblər.

Bu barədə “QİA.az” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Zabulun Regional Şurasının rəhbəri Ata Can Xakbayan jurnalistlərə bildirib ki, hadisə Kalat şəhərində qeydə alınıb. Hücum zamanı üç polis əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb.

Xakbayanın sözlərinə görə, hücumdan sonra atışma baş verib. Silahlı toqquşma zamanı “talibançılar” da itki veriblər.

“Taliban” hərəkatı hələ məlumatı şərh etməyib.

Oxşar Xəbərlər