Azərbaycanda indiyədək vaksinasiyadan keçən jurnalistlərin sayı açıqlanıb

jurnalistlər vaksinasiya

Azərbaycanda indiyədək 500-ə yaxın jurnalist vaksinasiyadan keçib.

“QİA.az”ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, vaksinasiyanın yaşı 18-dən yuxarı olan bütün jurnalistlər arasında keçirildiyini, bu işin Mətbuat Şurasında, eyni zamanda əməkdaşlarının sayı çox olan kütləvi informasiya vasitələrində aparıldığını bildirib.

Ə.Amaşov prosesin mərhələli şəkildə yenə də davam etdirildiyini vurğulayıb.

Oxşar Xəbərlər