Rusiyanın Sankt-Peterburq şəhərindən Finlandiyanın paytaxtı Helsinki limanına gələn konteyner gəmisində 11 nəfərdə koronavirus aşkar edilib.
QİA.AZ-ın məlumatına görə, virusa yoluxan şəxslər gəmidə karantinə alınıb.
Heyət üzvlərindən bir nəfəri Helsinkidə xəstəxanaya yerləşdirilib. Digərlərinin vəziyyətinin yaxşı olduğu deyilir.
Ümumilikdə, “Valencia Express” gəmisində 24 heyət üzvü olub.