Ölkənin qatarları ilə sərnişin daşınma bütün istiqamətlər üzrə kəskin azalıb

2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 476 min 232 sərnişin daşıyıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə azdır.

QİA.AZ bu barədə ADY-nin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, daşınmış sərnişinlərin 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır.

Hesabat dövründə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfərtəşkil edib.

Oxşar Xəbərlər