Bəzi çöl quşları, balıqlar və vəhşi heyvanların ovlanmasına görə cərimələr artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli, “Cəza çəkmədən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2001-ci il 5 aprel tarixli 76 nömrəli, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 2001-ci il 23 may tarixli 98 nömrəli, “Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları”nın, “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”nın və “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2002-ci il 13 iyul tarixli 112 nömrəli və “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” və “Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

QİA.AZ-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

“Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu hissəsi aşağıdakı redaksiyada verilib:

“10. Ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən edilir:

a) Balıq və digər su bioresursları
“Qırmızı kitaba” daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növləri (kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı)275
bölgə247,5
nərə, uzunburun, ağ qızılbalıq220
xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın33
çəki, karp, qarabel siyənəyi22
naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri11
kilkə (1 kq)0,55
b) Kürü (1 kq)
bölgə, kələmo, nərə, uzunburun220
ç) Su onurğasızları
xərçəng1,1
krevet0,55
d) Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur.

“Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydası”nın 2-ci hissəsinin ikinci cümləsində “şərti maliyyə vahidinin bir misli həcmində” sözləri “1 manat 10 qəpik” sözləri ilə və 3-cü hissəsində “şərti maliyyə vahidinin on misli həcmində” sözləri “11 manat” sözləri ilə əvəz edilib.

“Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 3-cü hissəsinin ikinci abzasında “Ayda qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin 5 misli məbləğindən çox pul təminatı alan müddətli” sözləri “Müddətli” sözü ilə əvəz edilib.

“Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin ikinci abzasında “şərti maliyyə vahidinin 720 misli” sözləri “792 manat” sözləri ilə, üçüncü abzasında “şərti maliyyə vahidinin 360 misli” sözləri “396 manat” sözləri ilə, dördüncü abzasında “şərti maliyyə vahidinin 180 misli” sözləri “198 manat” sözləri ilə və beşinci abzasında “şərti maliyyə vahidinin 90 misli” sözləri “99 manat” sözləri ilə əvəz edilib.

Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”in 2.1-ci, 2.6-cı, 3.1-ci və 3.5-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

“2.1. Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri və dərəcələri aşağıdakı kimi müəyyən edilir:

Sıra№-siVəhşi heyvanların adıBir baş vəhşi heyvanın vurulması (tutulması) üçün ödəmə (manatla)
123
1 .Dırnaqlılar dəstəsi
 ceyran, maral, muflon, bezoar keçi, qarapaça55
Dağıstan turu24,75
çöldonuzu16,5
cüyür16,5
2.Yırtıcılar dəstəsi
bəbir550
vaşaq, manul pişiyi550
qonur ayı24,75
çölpişiyi33
qamış və meşə pişikləri22
meşə və daşlıq dələləri3,96
gəlincik, porsuq5,5
yenot1,65
tülkü5,5
canavar5,5
çaqqal3,96
3.Gəmiricilər dəstəsi
oxlu kirpi5,5
bataqlıq qunduzu (nutriya)1,65
sincab5,5
4.Dovşankimilər dəstəsi1,10
5.Həşəratyeyənlər və yarasalar dəstəsi1,10
6.Toyuqkimilər dəstəsi
Qafqaz və Xəzər uları11
Qafqaz tetrası, turac11
Zaqafqaziya qırqovulu2,53
talış qırqovulu11
boz kəklik1,265
gözəl kəklik1,265
bildirçin0,154
7.Göyərçinkimilər dəstəsi
Qaraqarın bağrıqara11
alabaxta0,308
digər növlər0,154
123
8.Durnakimilər dəstəsi
sultan toyuğu11
çivdimdik11
qaşqaldaq, qamışlıq fərəsi, porzan, xırda porzan, cırtdan porzan, su fərəsi0,308
ağ durna22
boz durna, qəşəng durna16,5
dovdaq, qəşəng dovdaq22
bəzgək11
9.Çovdarçıkimilər dəstəsi
qırıldayan cüllüt11
ağquyruq çökükburun11
tənbəl bekas11
kiçik kronşnep11
çölhaçaquyruq cüllütü11
cüllütkimilərin digər növləri0,308
10.Qağayılar fəsiləsi1,10
11.Qağayıkimilər dəstəsi1,10
12.İyrəncəkimilər dəstəsi0,33
13.Qazkimilər dəstəsi
qu quşları, qırmızıdöş qaz, ağqaş qaz11
qazlar (boz və ağalın)2,53
mərmər cüro, ağgöz və göydimdik ördək11
cürələr0,308
digər ördək növləri0,99
14.Kürəkayaqlıkimilər dəstəsi
qutanlar11
qarabataqlar0,22
15.Qızılqazkimilər dəstəsi
qızılqaz11
16.Leyləkkimilər dəstəsi
ərsindimdik, qara leylək11
ağ leylək5,5
qarıldaq, dan quşları, qaranaz, Misir vağı, müqəddəs ibis və vağların digər növləri5,5
17.Yırtıcılar dəstəsi
Qafqaz şahini, ütəlgi, Aralıq dənizi qızılquşu, çay qaraquşu, ağquyruq dəniz qartalı, tetraçalan, Türküstan tüvüyü, çölqartalı, məzar qartalı, berkut, toğlugötürən, ilanyeyən, böyük qartalça, qara kərkəs, çölbelibağlısı, çölmuymulu220
123
arıyeyən, qırmızı çalağan, qara çalağan, uzunquyruq dənizqartalı, bildirçinçalan, tülküayaq sar, çölsarı, adi sar, cırtdan qartal, kiçik qartalça, leşyeyən, ağbaş kərkəs, tarla belibağlısı, çəmənlik belibağlısı, qamışlıq və ya bataqlıq belibağlısı, adi muymul, derbnik, kərkincək, qaragöz55
18.Bayquşkimilər dəstəsi
iri yapalaq, adi yapalaq, bataqlıq bayquşu, qulaqlı bayquş, dam bayquşu, meşə bayquşcuğu1,10
19.Quququşukimilər dəstəsi1,10
20.Keçisağankimilər dəstəsi1,10
21.Uzunqanadlılar dəstəsi0,55
22.Göycəqarğakimilər dəstəsi0,33
23.Ağacdələnkimilər dəstəsi0,11
24.Sərçəkimilər dəstəsi
ağboğaz bülbül, səhra qarquşu, hirkan anquşu11
sərçəkimilərin digər növləri0,22
25.İlanlar5,5
gürzə11
26.Kərtənkələlər0,55
27.Tısbağalar0,55
Aralıq dənizi tısbağası1,10
28.Qurbağalar, tritonlar0,22
29.Tibb zəlisi0,055
30.Siyahıda adı göstərilməyən bütün fauna növləri üçün1,10

2.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən vəhşi heyvanların (Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri istisna olmaqla) ovlanmasının (tutulmasının) qiyməti və ov qənimətinin dəyəri aşağıdakı kimi müəyyən edilir:

Sıra№-siVəhşi heyvanların adıBir baş vəhşi heyvanın vurulması (tutulması) üçün ödəmə (manatla)Ovlanmış bir baş ov heyvanı üçün ov qənimətinin qiyməti (manatla)
1234
1.Dağıstan turu24,75803
2.Qonur ayı24,75803
1234
3.Çöldonuzu16,5220
4.Tülkü39,6
5.Çaqqal39,6
6.Boz dovşan24,75
7.Qazlar4,95
8.Ördəklərin bütünnövləri və qaşqaldaq1,001
9.Kəklik4,95
10.Meşə cüllütü, böyük və ortaboy kronşnep1,001
11.Zaqafqaziya qırqovulu4,95
12.Göyərçinkimilər dəstəsi0,495
13.Sərçəkimilər dəstəsi0,495

3.1. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş vəhşi heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr aşağıdakı qaydada müəyyən edilir:

Sıra №-siAzərbaycan Respublikasının “QırmızıKitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş nadir heyvan növlərinin(yarımnövlərinin) adıYaşından, ölçüsündən və çəkisindən asılıolmayaraq bir baş vəhşiheyvan üçün ziyanın miqdarı (manatla)
123
1.Məməlilər
adi uzunqanad110
cənub nalburunu110
enliqulaq bükükdodaq110
zolaqlı kaftar1100
çay samuru220
sarıqlı safsar110
manul pişiyi550
çölpişiyi220
vaşaq2200
bəbir3300
turan pələngi4400
ceyran550
köpgər (qarapaça)550
bezoar keçisi550
123
mulfon550
2.Quşlar
qıvrımlələk qutan550
çəhrayı qutan550
ərsindimdik550
qara leylək550
qızılqaz550
kiçik qu550
fısıldayan qu550
ağqaş qaz550
qırmızıdöş qaz550
mərmər cürə330
ağgöz ördək330
göydimdik ördək330
çay qaraquşu330
ağquyruq dəniz qartalı330
iri qırğı (tetraçalan)330
Türküstan tuviyi (Orta Asiya tuviyi)330
çölqartalı330
iri qartalça330
məzar qartalı550
berkut550
toğlugötürən550
qara kərkəs330
ilanyeyən330
çölbelibağlısı330
çölmuymulu330
utəlgi (baloban)770
Qafqaz şahini1100
Xəzər uları330
Qafqaz uları330
turac330
talış qırqovulu550
Qafqaz tetrası550
çivdimdik110
sultan toyuğu330
ağ durna550
dovdaq550
qəşəng dovdaq550
bəzgək330
123
qırıldayan cüllüt110
ağquyruq çökükburun110
tənbəl bekas110
kiçik kronşnep (əyridimdik)110
çölhaçaquyruq cüllütü110
qaraqarın bağrıqara330
hirkan anquşu110
səhra qarquşu110
ağboğaz bülbül110
3 .Suda-quruda yaşayanlar
adi quru qurbağası11
Qafqaz xaçlıcası22
adi triton22
daraqlı triton22
Suriya sarımsaqiyli qurbağası33
4.Sürünənlər
xarabalıq kələzi55
Kiçik Asiya gürzəsi82,5
eskulap ilanı82,5
qızılı mabuya55
girdəbaş yovşanlıq kərtənkələsi55
Zaqafqaziya təlxəsi66
zolaqlı çılpaqgöz kərtənkələ55
qarabaş rinxokalamus66
oxilan55
Aralıq dənizi tısbağası66
5.Həşəratlar
6.Kəpənəkkimilər dəstəsi
Şərqi Aleksanor yelkənciyi55
adi appolon55
Nordman appolonu55
talış məxməri kəpənəyi55
Komarov hafı55
kəlləşəkilli haf55
oleandr hafı55
iri tənək hafı55
talış bromeyası55
hilata55
avrorına sarıcası55
Alp sarıcası55
123
Qafqaz sarıcası55
kürd sarıcası55
Qafqaz zerintiyası55
şəfəqsaçan55
talış yangözcüklüyü55
tutqun ayıça55
tamara alacası55
Aleksandra sədəflisi55
İoniya bərqvuranı55
Alp satiri55
Romanov tomaresi55
xrizip55
Oxim qızılı kəpənəyi55
Eyfema55
7.Böcəkkimilər dəstəsi
üçpərli talış qaçağanı55
Qafqaz ilbizyeyən fıqırdarı55
palıd diserkası55
qəşəng böcək55
Solomon qızılböcəyi55
Klit Reyter55
talış kökyeyəni55
Xəzər parandrası55
Alp rozaliyası55
Ferrat çapağanı55
Skovito uzunbığı55
tündqırmızı talış uzunbığı55
8.Zolaqlı arılar
Dağıstan zolaqlı arısı55
Mlokoseviç zolaqlı arısı55
fars zolaqlı arısı55
Porçinski zolaqlı arısı55

3.5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr aşağıdakı kimi müəyyən edilir:

Sıra№-siAzərbaycan Respublikasının “QırmızıKitabı”na və Beynəlxalq TəbiətiMühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan vəhşi heyvan növlərinin(yarımnövlərinin) adıYaşından, ölçüsündən və çəkisindən asılıolmayaraq bir baş vəhşiheyvan üçün ziyanın miqdarı (manatla)
123
1.Qulaqlı kirpi3,3
2.Boz dovşan11
3.Adadovşanı11
4.Sincab11
5.Süleysin11
6.Tirəndaz (oxlu kirpi)11
7.Bataqlıq qunduzu (nutriya)22
8.Tülkü11
9.Canavar11
10.Çaqqal11
11.Gəlincik11
12.Meşə və daşlıq dələləri55
13.Porsuq16,5
14.Qonur ayı440
15.Qamış pişiyi55
16.Meşə pişiyi77
17.Çöldonuzu220
18.Nəcib və xallı marallar330
19.Cüyür220
20.Dağıstan turu275
21.Həşəratyeyənlərin və yarasaların digər növləri3,3
22.Ağdöş və qaradöş qaqara11
23.İyrəncəkimilərin bütün növləri3,3
24.Böyük qarabatdaq11
25.Böyük və kiçik danquşu11
26.Qarıldaq11
27.Misir vağı16,5
28.Vağların digər növləri5,5
29.Qaranaz11
30.Ağ leylək22
31.Harayçı qu quşu33
32.Boz və ağalın qaz22
33.Ördəklərin bütün növləri5,5
34.Yırtıcı quşların bütün növləri5,5
35.Zaqafqaziya qırqovulu22
123
36.Kəklik11
37.Bozkəklik11
38.Bildirçin3,3
39.Qaşqaldaq5,5
40.Sığırçınların digər növləri5,5
41.Boz və qəşəng durna22
42.Çobanaldadan11
43.Çovdarçılar, haçaquyruq cüllütlər11
44.Qağayılar16,5
45.Göyərçinlər5,5
46.Ququ quşu3,3
47.Keçisağan5,5
48.Bayquşkimilərin bütün növləri5,5
49.Uzunqanadlıların bütün növləri5,5
50.Qaranquşların bütün növləri5,5
51.Balıqçıllar5,5
52.Qızılı və yaşıl qızlarquşu5,5
53.Göycəqarğa3,3
54.Şanapipik5,5
55.Ağacdələnkimilərin bütün növləri11
56.Sərçəkimilərin bütün növləri5,5
57.Gürzə88
58.İlanların digər növləri33
59.Tısbağalar3,3
60.Qurbağalar, kərtənkələlər2,2
61.Tibb zəlisi0,55
Qeyd. Bu siyahıda adları göstərilməyən qalan bütün fauna növləri2,2
Suda üzən quşların kütləvi surətdə tutulması22
Ov quşlarının və faydalı quşların yuvalarından götürülmüş hər yumurtası üçün2,2

Oxşar Xəbərlər