“Əyani müayinələr şəraitində Vətən müharibəsində xəsarət alan qazilərdən artıq 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub və proses davam edir”.
“QİA.az” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.
Agentlik sədri xatırladıb ki, həmin qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir: “Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq qurumumuz tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır”.