Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon söhbəti zamanı Rusiyada istehsal olunan “Sputnik V” koronavirus vaksininin Türkiyədə istehsal olunması məsələsi müzakirə olunub.
QİA.AZ “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. Belə ki, koronavirusa qarşı mübarizə məsələsi və Türkiyədə mövcud epidemioloji vəziyyət müzakirə olunub, Rusiya tərəfinin bu sahədə əməkdaşlığı daha da artırmağa hazır olduğu vurğulanıb.
Həmçinin “Sputnik V” vaksininin bundan sonrakı dövrdə Türkiyəyə tədarükü ilə bağlı fikir mübadiləsi də aparılıb.