Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 147 top mərmisi atıb.
Bu barədə “QİA.AZ” ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Məlumata görə, düşmən tərəfindən Tərtər şəhəri və rayon ərazisinə ümumilikdə 4 “Smerç” raketi atılıb.
Nəticədə 1 mülki ev tamamilə dağılıb, 18 evə, 1 çoxmənzilli yaşayış binasına, 1 xidmət sahəsinə və 1 inzibati binaya ziyan dəyib.
Sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilikdə 15 300 top mərmisi atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.
Nəticədə 845 evə ziyan dəyib, 132 ev, 31 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 2 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.
Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 66 yardımçı tikiliyə, 24 sosial obyektə, 1 abidəyə, 6 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 26 ticarət obyektinə, 5 xidmət sahəsinə, 18 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.