Ukrayna Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların Azərbaycan və Ermənistan tərəfindən dayandırılmasını alqışlayır.
“QİA.AZ” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Hesab edirik ki, növbəti addım bölgənin sabitliyini və canlılığını bərpa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tam həllinə nail olmaq üçün beynəlxalq səylərin davam etdirilməsidir.
Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəyişməz olaraq və qeyd-şərtsiz dəstəkləyir. Bu prinsip hələ də Rusiya təcavüzündən əziyyət çəkən və ərazilərinin bir hissəsi müvəqqəti Rusiya işğalı altında qalan Ukrayna üçün əsasdır”, – qeyd olunub.