Para-taekvandoçumuz Tokio-2020-yə lisenziya qazanıb

May9,2021 #Taekvondo #Tokio-2020

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Aynur Məmmədova (58 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında ispaniyalı rəqibini məğlub edərək qızıl medala sahib olaraq Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Bu barədə “QİA.az”a Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 10 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvando – 1)

Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.

Oxşar Xəbərlər