Bakıda 28 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Rzazadə Nurlan Surxay oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər