“Əgər Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı hər hansı cizgi filmi personajı ilə müqayisə etmək mümkün olsaydı, mən onu gözləri həmişə oynayan siçovulla müqayisə edərdim, hansı ki, daim nəsə oğurlamaq istəyir”.
“QİA.az” “News.am”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşündə rejissor-multiplikator David Saakyans bildirib.
Onun fikrincə, Paşinyan nə qədər hakimiyyətdə qalsa, buna (büdcədən oğurlamağa-red) bir o qədər əmin olmaq lazımdır. “Bu müqayisə ağlıma gələn ilk şeydir”, – Saakyans deyib.