Türkiyənin https://www.sabah.com.tr xəbər saytında Azərbaycanın dahi siyasətçisi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-cü ildönümünə həsr olunmuş məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.az”a verilən məlumata görə, Sema Alim Dalgıçın müəllifi olduğu məqalədə Azərbaycanın dünya siyasətində söz sahibi olmasının memarı, türk dünyasının önəmli liderlərindən biri olan Heydər Əliyevin 10 may taixində böyük ehtiramla yad edilməsindən, onun şərəfli ömür yolundan və fəaliyyətindən ətraflı bəhs edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun Heydər Əliyevin Qarabağın azad olunmasına dair müqəddəs arzusunu gerçəkləşdirdiyi bildirilib.
Məqalədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attarın böyük öndər barədə fikirlərinə geniş yer verilib.
Bir sıra ərəb ölkələrinin mediasında da ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə yayımlanıb.
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun təşəbbüsü ilə Əlcəzair, Səudiyyə Ərəbistanı, Misir və Livanın aparıcı mətbuat orqanlarında müasir Azərbaycanın qurucusu və böyük tarixi lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.
Məqalədə ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs edilib. Bildirilib ki, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, ölkədə birliyə, sabitliyə və tərəqqiyə nail olub. Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğu nəzərə çatdırılıb.
Məqalənin sonunda qeyd edilib ki, müstəqil dövlətimizin və xalqımızın taleyində əvəzsiz xidmətləri olan Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://garbnews.net/news/s/190999/
https://www.elwathiqa.com/821/