Bu gün Avropa zonası üzrə bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq oyunları keçirib.
“QİA.AZ”ın məlumatına görə, ümumilikdə 19 qarşılaşma gerçəkləşib.
Azərbaycan millisi səfərdə Sloveniya ilə qolsuz heş-heçə edib. Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro Qazaxıstanla eyni nəticəyə razı olub. Lüksemburq isə evdə Avstriyaya 0:3 hesabı ilə uduzub.
Türkiyə yığması İstanbulda Xorvatiyanı qəbul edib. Matç 3:3 qollu bərabərliklə başa çatıb.
Günün mərkəzi görüşü isə Amsterdamda baş tutub. Niderland və İspaniya komandalarının duelində qalib müəyyənləşməyib – 1:1.
Son dünya çempionu Fransa isə doğma meydanda Finlandiyaya uduzub – 0:2.
Yoldaşlıq görüşləri
18:45. Yunanıstan – Kipr – 2:1
19:00. Albaniya – Kosovo – 2:1
21.00. Rumıniya – Belarus – 5:3
21:00. Monteneqro – Qazaxıstan – 0:0
21:00. San Marino – Latviya – 0:3
21.00. Litva – Farer adaları – 2:1
21:00. Malta – Lixtenşteyn – 3:0.
21:30. Bolqarıstan – Cəbəllütariq – 3:0
21:45. Türkiyə – Xorvatiya – 3:3.
22:30. Danimarka – İsveç – 2:0
23:30. Lüksemburq – Avstriya – 0:3.
23:45. Sloveniya – Azərbaycan – 0:0
23:45. Portuqaliya – Andorra – 7:0.
23:45. İtaliya – Estoniya – 4:0.
23:45. Belçika – İsveçrə – 2:1
23:45. Polşa – Ukrayna – 2:0
23:45. Almaniya – Çexiya Respublikası – 1:0.
23:45. Niderland – İspaniya – 1:1
00:10. Fransa – Finlandiya – 0:2