Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistana dünənki rəsmi səfəri çərçivəsində İrəvanda uydurma erməni soyqırımına həsr olunan Tsitsernakaberd memorial kompleksini ziyarət edib.
“QİA.az” xəbər verir ki, Gürcüstanın hökumət Administrasiyasının bununla bağlı rəsmi məlumatında soyqırımı sözü qeyd olunmayıb.
Məlumatda hökumət başçısının 1915-ci ildə həlak olan ermənilərin xatirəsini yad etdiyi bildirilib. Bu, Gürcüstanın qondarma soyqırımı tanımadığını bir daha sübut edib.