Alimlər vitaminlərin sağlamlığın yaxşılaşması üçün faydasını inkar etdilər

Alimlər vitaminlərin sağlamlığın yaxşılaşması üçün faydasını inkar etdilər

Bostondakı Harvard Tibb Məktəbinin alimləri multivitaminlərin qidalanma çatışmazlığından əziyyət çəkməyən, lakin sağlamlıqlarını yaxşılaşdırmağa çalışan insanlara real fayda verdikləri barədə yayılan fikirləri təkzib ediblər.

“QİA.AZ” xəbər verir ki, bu barədə UPI agentliyi yazıb.

Daim multivitaminlər daim qəbul edən iyirmi bir min nəfər arasında aparılmış sorğunun nəticələrinə əsasən onların cəmi 30 faizi özlərini vitamin qəbul etməyən insanlardan yaxşı hiss edirlər.

Anamnezin analizi və fiziki sağlamlığın (yüksək qan təzyiqinin, diabetin, astmanın və artritin mövcudluğu daxil olmaqla) göstəricilərinin qiymətləndirilməsi real fərqləri aşkarlamayıb.

Bir sıra mütəxəssislərin fikrincə, tədqiqatın nəticələri heç vaxt qidalı maddələrin kifayət etməyən səviyyəsi ilə mübarizədə və optimal sağlamlığın təminatında multivitaminlərin bir çox üstünlüklərini qiymətdən salmır.

Eyni zamanda əlavə maddələrin qəbulu orqanizmə üstünlüklər gətirmir, ürək-damar sistemi problemlərinin qarşısını almır və şişlərin inkişafı riskini aşağı salmır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, insanların multivitaminlərin faydalı fəaliyyətinə qəti inamı onları özlərini daha sağlam hiss etməyə məcbur edə bilər.

Ancaq elmi işdə bir sıra çatışmazlıqlar var. Məsələn, insanların hansı vitaminli kompleksləri nə qədər tez-tez və ya neçə vaxtdır qəbul etmələri nəzərə alınmayıb.

Oxşar Xəbərlər