Çinin Xubey əyalətinin Uhan şəhərində qasırğa nəticəsində azı 6 nəfər həlak olub, daha 218 insan xəsarət alıb.
“QİA.az” xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb.
Daha əvvəl “Sinxua” agentliyi bildirib ki, qasırğalı küləyin sürəti saniyədə 23,9 metrə çatıb. Təbii hadisə binalara zərər vurub, ağacları yıxıb.
Qasırğa səbəbindən Szyansu əyalətində 1 nəfər həlak olub, daha 21 nəfər zərər çəkib.