Türkiyədə sabahdan sərt karantin rejimi aradan qaldırılır

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejimi mayın 17-dən ləğv ediləcək.

QİA.AZ xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi bununla bağlı mərhələli normallaşma planını açıqlayıb.

Bildirilib ki, həftə sonu saat 10.00-dan 17.00-dək market, dükan və baqqaliyyələr açıq olacaq, həftə içi küçəyə çıxma yasağı saat 21-dən 05.00-dək davam edəcək, iaşə yerləri həftə ərzində saat 07.00-dan 20.00-dək, onlayn çatdırılma saat 20.00-dan 00.00-dək xidmət göstərəcək, mayın 17-dən iyunun 1-dək kafe, çayxana, kinoklublar, internet kafe, üzgüçülük hovuzları və idman zalları qapalı qalacaq.

Mərhələli normallaşma planına əsasən, 65 yaş və ondan yuxarı yaşda olanlar iki doza COVID-19-a qarşı peyvənd olunanlar və 18 yaşdan az olanlar üçün küçəyə çıxma məhdudiyyətləri olmayacaq. Plana uyğun olaraq küçəyə çıxma məhdudiyyətləri tətbiq edilməyən dövrdə və günlərdə şəhərlərarası səyahət sərbəst olacaq.

Oxşar Xəbərlər