Monteneqrolu müdafiəçilər millimizlə oyunu buraxacaqlar

Monteneqrolu müdafiəçilər millimizlə oyunu buraxacaqlar

Monteneqro yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Azərbaycanla oyununa itkilərlə çıxacaq.

“QİA.AZ” xəbər verir ki, müdafiəçilər Marko Simiç və Momçilo Raspopoviç qarşıdakı görüşü buraxacaqlar.

Müvafiq olaraq Latviya “Liepaya”sı və Xorvatiya “Riyeka”sında oynayan futbolçular cəza səbəbindən meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oxşar Xəbərlər