Muğan bölgəsindəki 13 illik kəşfiyyat işlərindən sonra İran Milli Neft Şirkəti (NIOC) əsas qazma qurğularından birini Azərbaycanla sərhəd yaxınlığında yerləşən şimal bölgəsinə göndərir.
QİA.AZ bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, neft yatağında 4 milyard bareldən çox yüngül xam neft olacağı təxmin edilir.
NIOC ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyaların səbəb olduğu satış və gəlirlərin azalmasına baxmayaraq müxtəlif layihələr həyata keçirməyə davam edir.
İran Neft Nazirliyinin xəbər xidməti “Shana” bildirib ki, hazırda Əhvazın cənub-qərbindəki neft mərkəzində olan sahil qazma qurğusu “Fath 54” 1 310 kilometr (814 mil) məsafədə yerləşən Muğan ovasına göndəriləcək və yaxın 2 ayda neft qazma işlərinə başlanılacaq.
“Qazma işlərinin iyun ayının sonunda başlaması üçün daşıma əməliyyatı təxminən 25 gün çəkməlidir. Fəth qazma qurğusunun Əhvazdan Muğana nəqlinə 120 ağır tonnajlı yük maşınları cəlb olunub”, – deyə NIOC-un Ərdəbil şəhəri üzrə podratçısı Əli Rəfieyə deyib.
Qeyd edək ki, İran Milli Neft Şirkəti buradan çıxan nefti yaxınlıqdakı Təbriz şəhərində yerləşən İranın ən böyük neft emalı zavodlarından birinə tədarük etməyə çalışır.