Prezident Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib

May20,2021 #Sabir Rüstəmxanlı

Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

“QİA.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı ilin mayın 20-də Yardımlı rayonunda anadan olub. Bu gün onun 75 yaşı tamam olur.

S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.

Oxşar Xəbərlər