Dünyada COVID-19-a qarşı indiyədək istifadə olunmuş peyvəndlərin 90 faizə qədəri G20 ölkələrinin payına düşür.
QİA.AZ xəbər verir ki, bu gün bu barədə Qlobal Səhiyyə Sammitində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
Təşkilat rəhbəri G20 ölkələrini koronavirusa qarşı peyvəndləri və ACT-Accelerator müayinə vasitəsini bölüşdürmək istiqamətində beynəlxalq səylər üçün təcili maliyyə ayırmağa, habelə, COVAX sistemi vasitəsilə vaksinləri paylaşmağa çağırıb.