Ermənistanda koronavirusdan ölənlərin sayı 4 386-ya yüksəlib

May22,2021

Ermənistanda son sutkada koronavirusa 181 yoluxma qeydə alınıb.

QİA.AZ  xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 880-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 386-ya yüksəlib.

Koronavirusa yoluxan 210 835 pasiyent sağalıb. Hazırda 5 586 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Oxşar Xəbərlər