Tarixin bu günü  harada nәlәr baş verib, kimlәr xatırlanır?  Qısaca nәzәr salaq.

1040-cı ilin bu günü Səlcuqlu və Qəznəvi orduları arasında Dandanakan müharibəsi başladı. 3 günlük müharibə Qəznəvilər dövlətinin süqutuBöyük Səlcuqlu imperiyasının yaranması ilə sona çatdı.

***

  23 may 1618-ci ildən Praqada defenestrasiya  yəni “pəncərə məsələsi” adlanan iğtişaşlar başladı.

  Çexiya zadəganları Praqadakı qəsrlərdən birinin pəncərəsindən ölkədə katolik kilsəsinin hakimiyyətini bərpa etməyə cəhd göstərən iki avstriyalı valini küçəyə atdılar. Qəribə təsadüf nəticəsində valilərdən heç biri ciddi zədələnmədi. Lakin bu etiraz aksiyası bütün Mərkəzi Avropada protestantlarla katoliklər arasında 30 il davam edən qanlı iğtişaşlara gətirib-çıxardı.  

*** 

  İstanbulda xalq 1919-cu ilin 23 mayından İzmirin yunan ordusu tərəfindən işğalına etiraz bildirdi. “Sultan Əhməd mitinqi” olaraq tarixə düşən bu nümayişdə minlərlə adam iştirak etdi. Mitinqdə yazıçı Halide Edip Adıvarın işğalçılar əleyhinə alovlu çıxışları oldu.  

***

  1945-ci il mayın 23-də İngiltərənin hərbi polis batalyonu Almaniyanın Flensburq şəhərini ələ keçirərək admiral Karl Dünits başda olmaqla yeni Almaniya hökumətini həbs etdi. Beləliklə, III Reyxin hakimiyyəti tamamilə süquta uğradı.

  Hitler intihar etməzdən bir gün əvvəl Dünitsi özünün varisi elan etmişdi.

  Qeyd edək ki, Karl Dünits 1956-cı ildə həbsdən azad olub və 1981-ci ildə 90 yaşında ölüb.   

***

  1989-cu ilin 23 may tarixindən Özbəkistanın Fərqanə vilayətində Ahıska (Məhsəti) türklərinə qarşı ermənilərin iştirak etdiyi talanlar başladı. Hadisə nəticəsində 100-lərlə insan həlak oldu, minlərlə Ahıska türkü evlərini tərk edərək didərgin düşdü.

  Qeyd edək ki, Ahıska türklərinin böyük hissəsi Azərbaycanda məskunlaşır.  

***

  1923-cü il 23 mayda Azərbaycanın paytaxtı Bakıda Mərkəzi Dövlət Kitabxanası açıldı. Hazırda Mirzə Fətəli Axundovun adını daşıyan bu kitabxana öz fəaliyyətini uğurla davam etdirməkdədir.

***

23 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Səfəvilər dövlətinin banisi və şair Şah İsmayıl Xətainin xatirə günüdür. Onun hakimiyyəti dövründə Azərbaycanla Avropa və Asiyanın bir çox ölkəsi arasında güclü diplomatik əlaqələr yaranıb.

  Səfəvilər dövləti şimalda Dərbənddən başlayaraq cənubda İran körfəzinədək böyük bir ərazini əhatə edib.

  Xətai təxəllüsü ilə yazan Şah İsmayıl həm də öz dövrünün tanınmış şairlərindən idi. Onun “Dəhnamə” əsəri və şeirlər “Divan”ı bu gün də ədəbiyyatşünas və dilçilərin tədqiqat obyektlərindəndir. (1487-1524)

***

  Məşhur fransız alimi, “Bitkilərin təsnifatı” əsərinin müəllifi Karl Linney 1707-ci ilin 23 mayında anadan olub. Hələ müəllifin sağlığında bu əsər 15 dəfə nəşr edilib. O, 1732-ci ildə Laplandiyaya səyahətdən sonra “Lapkandiyanın florası” əsərini yazıb.

  Karl Linney İsveç Elmlər Akademiyasının təşkilində iştirak edib və qurumun ilk prezidenti seçilib. (1707-1778)

*** 

  İqtisadiyyatda “Oyun nəzəriyyəsi” ilə cığır açan Amerika riyaziyyatçısı Con Forbs Neş (John Forbes Nash) 2015-ci ilin bu günü 87 yaşında dünyasını dəyişib.

  Qeyd edək ki, şizofren olan və xəstəliyini riyaziyyat yolu ilə məğlub edən C.F.Neş 1994-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatının sahibi olub.  

Oxşar Xəbərlər