İranda koronavirus qurbanlarının sayı 78,5 min nəfəri ötüb

May23,2021 #İran

İranda bir gün ərzində koronavirusdan ölənlərin sayı daha 216 nəfər artaraq, ümumilikdə 78 597 nəfərə çatıb.

“QİA.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ölkədə virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 8 631 artaraq, 2 832 518-ə yüksəlib.

Virusa yoluxmuş 4 855 pasiyentin vəziyyəti kritik qiymətləndirilir. Bununla yanaşı, 2 333 789 pasiyent evə buraxılıb.

Bu günə kimi İran İslam Respublikasında 18 932 896 COVID-19 testi aparılıb.

İranın əhalinin sayı təxminən 83 milyon nəfərdir.

Oxşar Xəbərlər