Sabahdan daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

May24,2021 #bakıkart
bakıkart

Sabahdan Bakıda 184 nömrəli marşrut xətti ( “Ulduz” m/s – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

“QİA.az” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Oxşar Xəbərlər