Hikmət Hacıyev Aİ səfirləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.

QİA.AZ xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq öz tvitter səhifəsində yazıb.

“Regional sülhün perspektivləri, Azərbaycanla Aİ arasında əməkdaşlıq sahələri və “Şərq Tərəfdaşlığı” proqramına dair canlı müzakirələr aparılıb”, – səfir deyib.

Oxşar Xəbərlər