Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Serbiya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Draqan Vladislavljeviçlə görüşüb.
Bu barədə “QİA.az”a Nümayəndəlikdən məlumat verilib.
Görüşdə iki ölkə arasındakı bir çox, xüsusilə, siyasi, iqtisadi, mədəni münasibətlərin, dostluq və əməkdaşlığın inkişafı, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin artırılması, regional vəziyyət, qarşıda duran vəzifələr, qarşılıqlı rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.